Azadsöz.az xəbər verir ki, İran hökuməti İsrailin hücumu nəticəsində həlak olan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“İran İslam Respublikası Həsən Nəsrullahın şəhid olması ilə nəticələnən cinayətkar və vəhşi hücumunu pisləyir”, – məlumatda qeyd edilib.