Azadsöz.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb.
Onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.