Azadsöz.az xəbər verir ki, 24 iyun 2024-cü il tarixdən – 22 iyul 2024-cü il tarixədək Qəbələ Səyyar ASAN xidmət avtobusu Göyçay rayon sakinlərinə xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər aşağıdakılardır:
• Tibb xidməti;
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Notoriat fəaliyyəti.
Qeyd edək ki, səyyar “ASAN xidmət” avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Səbuhi Eltonlu