Azadsöz.az xəbər verir ki, Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn edilib.
Xatırladaq ki, Milli Məclisin ikinci çağırış deputatı olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.