20 Sentyabr 2024 04:02

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.

Təzəpir məscidində bayram namazı saat 09:00-da başlanıb.

Namaz hacı Şamil Rəsulovun rəhbərliyi ilə qılınıb.

Namazda Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 16-na təsadüf edir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com