Azadsöz.az xəbər verir ki, Tovuzda avtomobil çaya düşüb, batdıqları ehtimal olunan iki nəfərin axtarışları aparılır.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə Hunanlar kəndi ərazisində qeydə alınıb.
Avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan iki nəfərin axtarışları nazirliyin qüvvələri tərəfindən davam etdirilir.
Axtarışlar Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən intensiv şəkildə həyata keçirilir.
Həmin görüntüləri təqdim edirik: