23 Noyabr 2024 17:29

Prokuror Hərbi Polisin maliyyə xidmətinin sabiq rəisinə cəza istədi

Azadsöz.az xəbər verir ki, dövlət ittihamçısı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyevə iş istəyib.

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı onun 12 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul