23 Oktyabr 2024 15:00

Bayram günlərində bu marşrut üzrə əlavə 12 qatar reysi təyin edilib

Azadsöz.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edib.

Bu barədə ADY-ı məlumat  yayıb.

Marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya hərəkətdə olacaq.

Bununla yanaşı, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları hərəkətə başlayacaq. Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verilir.

404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!