23 Noyabr 2024 12:39

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Göyçayda dekorativ güllərin əkilməsi davam edir-FOTO

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 13 iyun tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsi  tərəfindən  “Yaşıl dünya naminə həmrəylik ili”  ilə  əlaqədar   Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon ərazisindən keçən hissəsinə,  Heydər Əliyev prospektinə və  M.Ə.Rəsulzadə küçəsində  yerləşən  Göyçay rayon İcra Hakimiyyəti  binasının  qarşısına  dekorativ  güllərin  əkilməsi işləri davam edib.

İlkin olaraq, güllərin əkilməsi  üçün nəzərdə  tutulmuş ərazilərdə  çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.

Daha sonra  əkilməsi həyata  keçirilib.Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, Göyçay rayon İcra Hakimiyyəti  binasının  qarşısına 40 ədəd paqades gülü,  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon ərazisindən keçən hissəsinə 40  ədəd  kartof gülü,  Heydər Əliyev prospektinə 10 kələm gülü və 35 ədəd kartof  gülü   əkilib.

Xatırladaq ki,  rayonda nəzərdə  tutulmuş  yerlərə  dekorativ güllərin  əkilməsi qrafikə  uyğun olaraq  davam etdiriləcək.

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov

 

 

 

 




 

 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul