16 Sentyabr 2024 23:04

Saatlıda oğurluq edən iki nəfər saxlanılıb

Azadsöz.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq edən Qəmbər Rüstəmov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı xırdabuynuzlu heyvanlar oğurlayan Zaməddin Nəbizadə də saxlanılaraq istintaqa təhvil verilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.