19 Sentyabr 2024 19:53

Şəki-Zaqatala Regional Təhsil İdarəsinə təyinatlar

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müvafiq əmri ilə Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Qeyd edək ki, Günay Mahmudova 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetinin biologiya–kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Qax şəhər 1 nömrəli, Güllük, İlisu kənd tam orta məktəblərində kimya müəllimi işləyib.

Bundan başqa, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bəhruz Nəbili Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

Qeyd edək ki, Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb. 2002-ci ildən Biləsuvar rayon X.Qafarov adına İsmətli kənd tam orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com