21 Noyabr 2024 14:20

Avropa İttifaqı tədarüklərin diversifikasiyası üzərində aktiv şəkildə çalışır – Kristina Lobillo Borrero

Azadsöz.az xəbər verir ki, Avropa İttifaqı tədarüklərin diversifikasiyası üzərində aktiv şəkildə çalışır.

Bu barədə bu gün Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero 29-cu Bakı Enerji Forumu çərçivəsində “Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq” mövzusunda panel müzakirəsində deyib.

“Ehtiyat edirdim ki, Aİ-nin üzərinə götürdüyü siyasi öhdəliklər 2027-ci ilə qədər Rusiya qazının tədarükünü tamamilə dayandıra bilməyəcək. İcazənizlə bəzi rəqəmləri təqdim edim. Ənənəvi olaraq, biz Aİ-də istehlak olunan qazın 90%-ni idxal edirik ki, bunun da 45%-i Rusiya qazının payına düşüb. Bu gün bu faiz 15%-dək azaldılıb, yəni Rusiya qazı hələ də sistemdə mövcuddur. Bunun üzərində işləməyə davam edirik. Aydındır ki, Aİ-nin iki mühüm aspekti var. Birincisi, 80 faiz elektrikləşdirməni təmin etməyi planlaşdırdığımız 2050-ci ilədək dekarbonizasiyaya nail olmağa tam sadiqik. İkincisi, təbii qazı digərmənbələrlə əvəz etməliyik.

Xüsusən ABŞ-dən, eləcə də Azərbaycan və Əlcəzair kimi digər mənbələrdən boru kəmərləri vasitəsilə maye təbii qaz tədarükünü artırmışıq. Beləliklə, tədarükərin şaxələndirilməsi üçün akti şəkildə çalışırıq”, – o deyib.

İstanbul trv istanbul travestileri