20 Sentyabr 2024 10:55

Saatlıda narkotiklərlə əlaqədar 7 nəfər saxlanılıb-FOTO

Azadsöz.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elnur Qəhrəmanov və qardaşı Samir saxlanılıblar. Onların yaşadığı ünvandan 17 ədəd xüsusi aqrotexniki qaydada yetişdirilmiş çətənə kolu aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səxavət Şükürov, Salam Süleymanov, Xəyal Əkbərov, Möhlət Kərimov və Şamo Zeynalov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com