Azadsöz.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb.
Ondan ümumilikdə 7 kiloqramdan artıq heroin, tiryək, həşiş qətranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırmalarla B.Əhmədovun İranda yaşayan narkoracir tərəfindən kuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında narkotik vasitələri deyiləcək yerlərə çatdırmağa razılaşdığı müəyyən edilib.
Araşdırmalar aparılır.