Azadsöz.az xəbər verir ki, məşhur türkiyəli aktyor Ahmet Uğurlu 72 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Ahmet Uğurlu 13 ildir Türkiyə dövlət teatrlarında tamaşalarda rol alıb. Aktyor Mustafa Uğurlunun böyük qardaşı olan Ahmet Uğurlu məşhur film və seriallarda da çəkilib.
Ahmet Uğurlu sabah İstanbulda torpağa tapşırılacaq.
Türkiyənin mədəniyyət və turizm Naziri Mehmet Nuri Ersoy aktyorun ölümü ilə bağlı başsağlığı verib.