Azadsöz.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Qaradağlı kəndi istiqamətində baş verib.
Qazax istiqamətində hərəkətdə olan “Hundai” markalı minik maşını idarəetmədən çıxaraq beton maneələrə çırpılıb.
Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü rayon sakini Ağayev Əli Şahvələd oğlu və 1979-cu il təvəllüdlü Əhmədov Yusif Abdullah oğlu xəstəxanaya çatdırılıb.
Sonuncu yaralının durumu daha ciddi olduğundan paytaxt klinikalarından birinə köçürülməsi qərara alınıb.
Faktla bağlı araşdırma aparılır.