Azadsöz.az xəbər verir ki, Bakıda 7 nəfərin bank kartından 300, 900, 50, 320, 125, 338 və 100 manat oğurlamaqda şübhəli şəxs saxlanılıb.
Belə ki, 21 yaşlı Raqif Məmmədov eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb.
O, “TikTok”-da vətəndaşları aldadaraq onlara məxsus şəxsi məlumatları ələ keçirdikdən sonra bank kartlarına müdaxilə edib.
Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.