23 Noyabr 2024 16:22

Şəkidə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırıldı – FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki şəhəri, M.Hacıyev küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən şirniyyat sexində yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat  yayıb.

Belə ki, müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, istehsalda istifadə olunan xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə məhsullardan və mətbəxdə istifadə olunan ləvazimatlardan yaxma nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Araşdırmalar davam etdirilir.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, şirniyyat sexinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul