20 Sentyabr 2024 01:55

Bakıda lotereya biletlərini oğurlayan şəxs tutuldu

Azadsöz.az  xəbər  verir  ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən   verilən məlumata görə, Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb.

Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com