Azadsöz.az xəbər verir ki, mayın 23-də saat 18:00-da Abşeron rayonu ərazisindəki postda manevr qaydasını pozan “Daewoo” markalı avtobusun sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan polis əməkdaşları onun barəsində protokolu tərtib edərək məhkəməyə göndəriblər.
Məhkəmənin qərarı ilə M.Nəbiyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.