17 İyun 2024 19:24

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var – FOTO (YENİLƏNİB)

Azadsöz.az xəbər verir ki, hadisə  gecə  saatlarında Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Volkswagen”  və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində  “Volkswagen” markalı minik avtomobilinin sərnişini Soltanov Ramin Maarif oğlu və “Lada Priora” markalı minik avtomobilinin sürücüsü Rəhimov Ramin Müslüm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla  bağlı  araşdırma aparılır.

****
23:05


Azadsöz.az xəbər verir ki, hadisə  gecə  saatlarında Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Volkswagen” markalı minik maşını qarşı tərəfdən gələn “Lada” ilə toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.