Azadsöz.az xəbər verir ki, Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.
Belə ki, D qrupunda Fransa millisi Polşa ilə 1:1 hesablı heç-heçə edib. Matçda hər iki qol penaltidən vurulub. Fransalıların heyətində 56-cı dəqiqədə Kilian Mbappe, polşalılardan isə 79-cu dəqiqədə Robert Levandovski fərqlənib.
Bu qrupun digər görüşündə isə Avstriya yığması Niderlandı sınağa çəkib. 5 qolun vurulduğu matçda avstriyalılar gözlənilməz qələbə qazanıblar.
Beləliklə, Avstriya millisi (6 xal) qrup lideri, Fransa seçməsi (5 xal) ikinci yerin sahibi, Niderland yığması (4 xal) isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala adlayıb. 1 xalı olan Polşa millisi isə qrupda qalıb.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya və İtaliya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.