Azadsöz.az xəbər verir ki, 24 iyun 2024-cü il tarixdə Göyçay Gənclər evində “26 İyun- Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Göyçay şəhəri N.Gəncəvi adına 7 saylı tam orta məktəbin hərbi müəllimi, l-ci Qarabağ müharibəsinin iştirakçısı Elşən Süleymanov, II-ci Qarabağ müharibəsinin iştirakçısı Kamran Dadaşov, Göyçay Gənclər evinin kollektivi və məktəblilər iştirak ediblər.
Tədbir ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Elşən Süleymanov və Kamran Dadaşov v Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyi və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildiriblər.Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusunun formalaşdığını diqqətə çatdırıblar.Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi, həmçinin 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bərpa olunması məhz bu müdrik siyasətin parlaq təzahürü olduğunu vurğulayıblar.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müvafiq tövsiyələr verilib.
Səbuhi Eltonlu