23 Noyabr 2024 14:31

DİN-dən vətəndaşlara kibercinayətkarlarla bağlı növbəti müraciət

Kibercinayətkarlar “O” hərfini böyük hərf, kiçik hərf və ya “0” rəqəmi, “I”-dan “i”, yaxud əksinə geniş istifadə edirlər.

Azadsöz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir: “Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul