Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 25 may tarixində Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Göyçay rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
Heydər Əliyev prospektində rayonun girişini bildirən “Göyçay” giriş lövhəsinin qarşısındakı yaşıllıq ərazisində keçirilən ağacəkmə aksiyasında RİH başçısı aparatının məsul şəxsləri, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları və din xadimləri iştirak edib.
Keçirilən aksiyada 101 ədəd eldar şamı ağacı əkilib.Yeni əkilən ağaclar suvarılıb.
Aksiyanın keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov