20 Sentyabr 2024 06:47

Göyçay sakini bıçaqlanaraq öldürüldü-FOTO

Azadsöz.az xəbər verir ki, hadisə  bu gün  saat 21 radələrində Göyçay  şəhərində  qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Azadsöz.az”a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Səbuhi  Eltonlu

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com