20 Sentyabr 2024 07:39

Göyçayda maşın köşkə çırpıldı: Yaralı Var (FOTO)

Azadsöz.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 59 BH 622 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü Nəbizadə Nəbi Səhrab oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini köşkə çırpıb.

Hadisə nəticəsində köşkün yanında dayanan rayon sakini, 2010-cu il təvəllüdlü Əhmədov Nihat Siyavuş oğlu qapalı kəllə-beyin travması alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com