Azadsöz.az xəbər verir ki, Goranboy rayon sakinlərindən birinə məxsus evdən dəyəri 1200 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən G. Bağırova saxlanılıb. Şübhəli şəxs ifadəsində törətdiyi əməli etiraf edərək həmin əşyaları Gəncə şəhərində satdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.