28 Noyabr 2024 16:53

Qazaxda qapalı məkanlarda siqaret çəkənlər cərimələndi

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər müəyyən olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və 10 nəfər barəsində inzibati protokol tərtib olunub.

Bundan başqa sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə də tədbirlər keçirilib. Rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Qaydalara əməl etməyən 6 nəfər inzibati məsuliyyətə cəlb olunub. 

Müxtəlif sahələrdə davam etdirilən monitorinqlər zamanı qanunsuz küçə ticarəti və avaralıqla məşğul olan, eləcə də mülki silahların saxlanma qaydasını pozduğuna 10 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul