21 May 2024 01:52

Azərbaycan yığması Albaniya ilə Macarıstanda oynayacaq

Azadsöz.az xəbər verir ki, Azərbaycan milli komandasının Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşünün məkanı və başlama saatı müəyyənləşib.

Bununla bağlı AFFA məlumat yayıb.

Bildirilib ki, oyun iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da “Haladas SportKomplexum” stadionunda baş tutacaq. Qarşılaşma Macarıstanda keçiriləcək.