Azadsöz.az xəbər verir ki, aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon Prokurorluğundan “Azadsöz.az” verilən məlumata görə, araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
****
23:12
Azadsöz.az xəbər verir ki, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadsöz.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb. Araşdırma aparılır.