23 Noyabr 2024 12:38

Lənkəranda anasının xəstəliyini öyrənən Vətən müharibəsi iştirakçısı intihar etdi

Azadsöz.az xəbər verir ki, Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.

Hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.

Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvəllər polis nəfəri kimi Lənkəran RŞPŞ-də xidmət edib.

O, intizamlı əməkdaş kimi xarakterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.

Araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. (apa)

Ankara escort İstanbul Travesti Shemale İstanbul