Azadsöz.az xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, 1 ədəd kondisioner,1 ədəd xalça və döşəmə 6 m² sahədə yanıb. Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapısı əriyib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.