08 Sentyabr 2024 03:31

Kürdəmirdə zəncirvari yol qəzası baş verib

Azadsöz.az xəbər verir ki, rayonun Sor-Sor kəndində “Mercedes” markalı iki avtomobillə “Ford” markalı yük maşını toqquşub. Nəticədə, “Mersedes”lərdən birinin sürücüsü, İmişli rayon Telişli kənd sakini, 70 yaşlı Əliəşrəf Rüstəm oğlu Mövsümov hadisə yerindəcə dünyasını dəyişib, onun sərnişini, 58 yaşlı Arifə İsa qızı Manafova ağır xəsarətlər alıb.

Qəza zamanı həmçinin digər “Mercedes”də olan sərnişin, Ağcabədi rayon sakini, 66 yaşlı Anya Qaraxan qızı Tağıyeva da ağır xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. (report)