28 Noyabr 2024 15:05

Göyçay şəhər Əli Kərim parkına dekorativ güllərin əkilməsi davam edib-FOTO

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 8 aprel tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Göyçay şəhər Əli Kərim Parkının  yaşıllıq  ərazisinə   paqates dekorativ  gülün  əkilməsi  davam  etdirilib.

Əkilməsi  nəzərdə  tutulan  güllərin  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq işləri  görülüb.

Daha sonra  əkilməsi həyata  keçirilib.Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, Göyçay şəhər Əli Kərim Parkının yaşıllıq  ərazisinə ümumilikdə   bu günədək  170  ədəd dekorativ güllər əkilib.

Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyi rayonumuzun sakinlərinə müraciət ünvanlayıb:

Müraciətdə  bildirilir ki, yeni  əkilmiş  dekorativ güllərin olduğu  əraziyə  vətəndaşlar tərəfindən iri və xırda buynuzlu  heyvanların daxil olması, əkilən  güllərin  çıxarılaraq  kənara atılması  və yaxud çıxarılaraq başqa  yerlərə  əkilməsi heç də  müsbət  qiymətləndirilmir və  yolverilməzdir.

Unutmayaq ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Sizlərdən  xahiş  olunur bu  müraciətimizi  diqqətdə  saxlayıb, qeyd etdiyimiz tövsiyələrə ciddi  əməl  edəsiniz.


 

Ankara escort İstanbul Travesti Shemale İstanbul