Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 8 aprel tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon İcra Hakimiyyəti binasının qarşısına patates dekorativ gülün əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan güllərin yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.
Daha sonra əkilməsi həyata keçirilib.Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, rayon İcra Hakimiyyəti binasının qarşısındakı yaşıllıq ərazisinə 50-yə yaxın paqates dekorativ gülü əkilib.
Gülşən Muradova
Zəka Nağıyev