28 Noyabr 2024 17:50

Bakı maviyə büründü – FOTOLAR

Azadsöz.az xəbər verir ki, aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.

Autizm həyatın ilk üç ilində özünü göstərən və cinsdən, irqdən və ya sosial-iqtisadi statusdan asılı olmayan qalıcı neyroinkişaf pozulmasıdır. BMT autizm spektr pozuntusundan əziyyət çəkən insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə bütün dünyada aprel ayını Dünya Autizm Maarifləndirmə Ayı, 2 aprel tarixini isə Dünya Autizm Maarifləndirmə Günü elan edib.

Hazırda autizm spektr pozuntusu olan insanlar dünya əhalisinin təxminən 1 faizini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, autizmli uşaqların sayı hər il 13 faiz artır. Autizm spektr pozulmalarının səbəbləri hələ də araşdırılır, lakin bunun əsas səbəbinin genetik və ekoloji, yəni irsiyyət və ətraf mühit faktorları olduğu deyilir.


Ankara escort İstanbul Travesti Shemale İstanbul