Azadsöz.az xəbər verir ki, 2 aprel 2024-cü il tarixində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov və səhiyyə həmkarlar təşkilatının sədri Rasim Əzizov tərəfindən xəstəxananın bir qrup tibb işçisi səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif olunub.
Elçin Bilalov çıxış edərək prezident İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycan səhiyyəsinin yüksək inkişafa doğru addımladığını diqqətə çatdırıb.Həkimlik peşəsinin ən humanist peşə olduğunu, insanların səhhətinin qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdikləri fəaliyyətə görə tibb işçilərinə təşəkkür edib, çətin və şərəfli peşələrində uğurlar arzulayıb.
Qeyd edək ki, bu günlərdə xəstəxanaya ağır travma ilə daxil olan 16 yaşlı xəstənin üzərində 4 saat davam edən uğurlu əməliyyat keçirilib.
Təltif olunan tibb işçilərinin siyahısı təqdim edirik:
1.Məhəmmədemin Yunusov – Həkim-Cərrah
2.Şirin Abbasov – Həkim-Cərrah
3.Nadirxan Nadirov – Aneztezioloq-reanimatoloq
4.Babasəmid Məmmədli – Anestezioloq-reanimatoloq
5.Nəzakət Osmanova – Əməliyyat tibb bacısı
6.Aygün İbrahimova – Əməliyyat tibb bacısı
7.Qumru Bəkirova – Əməliyyat tibb bacısı
Səbuhi Eltonlu