28 Noyabr 2024 23:59

Naxçıvan Nazirlər Kabinetindən yeni qərarlar

Azadsöz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən mart ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.

Qurumun mətbuat xidmətindən  verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən imzalanmış 2024-cü il 18 mart tarixli Sərəncamla Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin balansında, İqtisadiyyat Nazirliyinin sərəncamında olan və Qida Təhlükəsizliyi Agentliyinin balansına verilməsi nəzərdə tutulan əsas vəsaitlərin Siyahısı təsdiq edilib.

Həmçinin, 2024-cü il 28 mart tarixli Sərəncamla Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun nizamnaməsi və strukturu, habelə nizamnamə fondunun məbləği barədə təkliflərini iki həftə müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bundan başqa, müvafiq qərarlarla “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2013-cü il 1 iyul tarixli, “Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 18 yanvar tarixli, “Bilik və və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli, “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq quruplarında tədrisin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli qərarları ləğv edilib.

Eyni zamanda, Naxçıvan Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən, “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” və “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 27 sentyabr tarixli qərarları ləğv olunub.

Nazirlər Kabinetinin 2024-cü il 29 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin kollegiyasının üzvlərinin sayı və tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli Qərarı da ləğv edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul