28 Noyabr 2024 17:42

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edildi

Azadsöz.az xəbər verir ki, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev vəzifəsindən azad edilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib.

Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul