Azadsöz.az xəbər verir ki, seçkilərdə 30 böyük şəhərin bələdiyyə sədri seçiləcək.
Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermədə 61,4 milyon seçici iştirak edəcək.
Ölkənin əsas hissəsində seçkilər saat 08:00-da başlayıb 17:00-da başa çatacaq.
Türkiyə MSK-nın qərarına əsasən, səsvermə cədvəlində dəyişikliklər Ramazan ayının özəllikləri nəzərə alınaraq edilib. Bu dəyişiklər 81 vilayətdən 32-nə aiddir.
Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.