Azadsöz.az xəbər verir ki, Türkiyənin Uludağ Universitetindəki Türk Dilinin Tədqiqi və Tətbiqi Mərkəzində (ULUTÖMER) Azərbaycan dili kurslarının açılması planlaşdırılır.
Sənədin mətni bazar günü, sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzetində dərc olunub.
ULUTÖMER-in Əsasnaməsinin yeni redaksiyasına əsasən, Azərbaycan dili ilə yanaşı qazax, qırğız, özbək, türkmən və digər dillər üzrə də kursların açılması planlaşdırılır.
Mərkəz türk xalqlarının mədəniyyətini öyrənmək məqsədilə Türkiyənin bölgələrinə və xaricə səfərlər təşkil etməyi, dilçilik sahəsində fərqlənənlərin mükafatlandırılmasını da planlaşdırır.
Əsasnamənin icrası Uludağ Universitetinin rektorluğuna həvalə edilib.