22 Sentyabr 2024 14:23

Bərdədə birmərtəbəli evdə yanğın baş verib

Azadsöz.az  xəbər  verir  ki, rayonunun Birinci Qaradəmirçi kəndində birmərtəbəli  2 otaqlı tikilidə  yanğın  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Bərdə  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki,   ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı tikilinin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com