22 Sentyabr 2024 14:20

Zaqatalada 4 otaqlı evdə yanğın baş verib

Azadsöz.az  xəbər  verir  ki, rayonunun Aşağı Tala kəndində  4 otaqlı evdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti  məlumat yayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com