22 Sentyabr 2024 14:24

Ucarda yanğın hadisəsi baş verib

Azadsöz.az  xəbər  verir  ki, rayonunun Alpout kəndində yanğın hadisəsi  baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ucar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki,  ümumi sahəsi 45 m² olan talvarın yanar konstruksiyaları, 9 ton ot bağlaması və talvara bitişik, ümumi sahəsi 55 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com