23 Noyabr 2024 22:16

Bakıdan yola salınan 25 ailə Laçına çatdı – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, bu gün Bakıdan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Doğma yurduna qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 68 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür. Bununla ümumilikdə Laçın şəhərinə 472 ailə (1773 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə çatıb (215 ailə).


****

08:24


Azadsöz.az xəbər verir ki,
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 68 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndinə isə 215 ailənin, yəni 819 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul