Azadsöz.az xəbər verir ki, bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində Bakı istiqamətində hərəkətdə olan “Land Rover” markalı minik avtomobili idarəetmədən çıxaraq arakəsməyə çırpılıb.
Nəticədə Bakı şəhər sakinləri – 1962- cı təvəllüdlü Tamella Rəsul qızı Şıxəliyeva və 1985-ci il təvəllüdlü Könül Zabil qızı Əsgərova təcili tibbi yardım avtomobili ilə Ucar Mərkəzi Ŕayon Xəstəxanasına gətiriliblər.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay xəstəxanasına göndəriliblər. Fakt araşdırılır. (apa)