Azadsöz.az xəbər verir ki, itkin düşən Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı tapılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın üç övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ş.Kərimova martın 23-ü axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.