09 May 2024 16:54

Fərqliliyimiz Uğurumuzdur

Cəlilabadda 16 min manatın oğurlandığı ev yandırıldı

Azadsöz.az xəbər verir ki, hadisə rayonunun Təzəkənd kəndində baş verib.

Naməlum şəxs evdən 16 min manat pulu oğurlayıb, cinayətin izini itirmək üçün evə od vurub. Yanğın yerinə FHN-in canlı qüvvəsi cəlb olunub. 

Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq sıradan çıxıb. Oğurlanan pul ev sahibinin oğluna məxsus olub.

Hadisə ilə bağlı araşdırma aparılır.