20 May 2024 12:27

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanıldı-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev və Ziyad Namazov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9 161 manat oğurladıqları məlum olub.

Bundan başqa RPŞ əməkdaşlarının son bir həftə ərzində keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki, odlu silah saxlayan bir və digər cinayətlər törədən 10 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən iki ədəd “PQ-7” markalı raket, bir ədəd əl qumbarası, iki ədəd tüfəng, üç ədəd avtomat və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.